Növbədənkənar prezident seçkiləri olmayacaq

Növbədənkənar prezident seçkiləri olmayacaq

Ukrayna Ali Radasının birinci vitse-spikeri Ruslan Stefançuk hesab edir ki, ölkədə növbədənkənar prezident seçkiləri olmayacaq. SİA xəbər verir ki, Stefançuk bunu cümə axşamı günü nəşr olunan “LB.ua” onlayn nəşrinə müsahibəsində deyib.

"Düşünmürəm ki, erkən prezident seçkilərini gözləməyə dəyməz. Amma gəlin görək ölkədə vəziyyət necə inkişaf edəcək", deyə Ruslan Stefançuk öz müsahibəsində bildirib.

Onun sözlərinə görə, şəxsən Ukraynanın Konstitusiyasında nəzərdə tutulduğu kimi ölkədə hər şeyin olmasını istəyir.

Xatırladaq ki, Vladimir Zelenski 2019-cu ilin yazında Ukrayna prezidenti olub. Seçkilərin ilk turunun nəticələrinə görə, o, bütün namizədlər arasında ən çox, o vaxt dövlət başçısı olan Petro Poroşenkodan da iki dəfə çox səs toplayıb. Seçkilərin ikinci turunda Zelenskiy 73,22% toplayaraq qalib gəlib. Sonra yalnız bir müddətə prezident seçildiyini bildirib. Ukraynada növbəti prezident seçkiləri 2024 -cü ildə keçiriləcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə