Kuleba Rusiyanı yalan və kinizmdə günahlandırır

Kuleba Rusiyanı yalan və kinizmdə günahlandırır

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba, “RBC-Ukrayna” kanalına verdiyi açıqlamada, Moskvanı “manipulyasiya, yalan və kinizmdə” günahlandıraraq Rusiya üçün ciddi problemlər yaratmağa hazır olduğunu da gizlətməyib.

Nazir hazırda “dənizdən hava gözləyərək oturmadığını”, tərəfdaşları ilə birlikdə Rusiyanın təcavüzünə son qoymağa məcbur edəcək şərait yaratmaq üçün çalışdığını bildirib.

“...Bu gün başqa bir Rusiya yoxdur: Ukraynaya qarşı müharibə və təcavüz edən Rusiya var. Buna görə də savaşı dayandırmaq üçün ciddi problemlər yaratmalı olsaq belə mümkün olan bütün formatlarda danışıqlar aparacağıq.”

“RİA Novosti” ənənəsinə sadiqdir. Rusiyanın dəfələrlə heç kimə hücum etməyəcəyini bəyan edərək, "Rusiya təcavüzü" ilə bağlı bütün bəyanatların yalnız Rusiya sərhədləri yaxınlığında daha çox NATO hərbi texnikası yerləşdirmək üçün bir bəhanə olaraq istifadə olunduğunu bildirir.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə