ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisi Mark Milli Senatın dinləmələrində bildirib ki, bəzi işlər başa çatsa da, ABŞ Ordusu Əfqanıstandakı müharibəni uduzdu.
Onun sözlərinə görə, Əfqanıstan ABŞ üçün “strateji uğursuzluğa” çevrilib. Eyni zamanda, Milli müharibənin “son 20 gündə və hətta son 20 ayda deyil”, daha çox-çox əvvəl itirdiyini vurğulayıb.
Generalın sözlərinə görə, ABŞ Əfqanıstanda hərbi iştirakı zamanı “Əl-Qaidə” terror qrupunun öhdəsindən gələ bilsə də, ancaq “Taliban” hərəkatının hakimiyyətə gəlməsinin qarşısını ala bilmədi.
Qeyd edək ki, Milli amerikalıların Əfqanıstandakı ən böyük uğursuzluqlarına səbəb kimi rəhbərlik tərəfindən verilən "səhv strateji qərarları" göstərib.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB