Sərhəddə fövqəladə vəziyyətin vaxtını uzadıb

Sərhəddə fövqəladə vəziyyətin vaxtını uzadıb

Polşa Prezidenti Andjey Duda Belarus ilə sərhədboyu bölgələrdə fövqəladə vəziyyətin daha 60 gün uzadılması haqqında fərman imzalayıb.

SİA bu barədə ölkə liderinin mətbuat xidməti məlumatına istinad edir

Fərman təsdiqlənməsi üçün parlamentə göndərilib. Fövqəladə vəziyyətin elan edildiyi bölgədə yerli sakinlərin hərəkəti sərbəst olacaq.

Həmin ərazidə yaşayış qeydiyyatında olmayan şəxslərin, eləcə də mətbuat nümayəndələrinin bölgəyə daxil olmasına icazə verilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com