Britaniyada koronavirusa 36 min yeni yoluxma halı qeydə alınıb

Britaniyada koronavirusa 36 min yeni yoluxma halı qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 36 722 yoluxma halı qeydə alınıb.

SİA-nın "Sinxua"ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 7 771 294 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan 150 nəfər, hazırkı dövrədək isə 136 525 nəfər vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə