Kim Çen In ABŞ-la dialoqdan qəti imtina etdi

Kim Çen In ABŞ-la dialoqdan qəti imtina etdi

KXDR lideri Kim Çen In ABŞ-ın dialoq təklifini rədd edib. Onun sözlərinə görə, ABŞ bununla da Şimali Koreyaya qarşı düşmənçilik niyyətlərini ört -basdır etməyə çalışır.

Bu, Amerika rəhbərliyinin Şimali Koreyanın hipersəs raketini buraxmasından sonra verdiyi bəyanatdır.

“RİA Novosti” xəbər verir ki, Ağ Ev Pxenyanı qonşuları və bütün dünya üçün təhlükə adlandırıb, eyni zamanda KXDR -i dialoqa çağırıb.

Lakin Kim Çen In bu təkliflə maraqlanmayıb.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə