“Hakimiyyət öz xalqına qarşı müharibə aparır”

“Hakimiyyət öz xalqına qarşı müharibə aparır”

Ermənilərin xüsusi hərbi saytı olan “Razm.info”-nun koordinatoru Karen Vrtanesyan Ermənistandakı mövcud vəziyyətdən danışıb. Onun sözlərinə görə, bu gün ölkədəki mövcud vəziyyət müharibədən sonrakı vəziyyətdəkindən qat -qat pisdir.

Vrtanesyanın fikrincə, Nikol Paşinyan bu vəziyyəti daha da pisləşdirməkdə davam edir. Lakin erməni koordinator Baş nazirin getməsinin bütün problemləri avtomatik olaraq həll etməyəcəyini də istisna etmir.

Qeyd edək ki, Vrtanesyan həmçinin əlavə edir ki, Paşinyanın hakimiyyətə gəlməsi ölkədəki problemləri daha da ağırlaşdırıb. Bundan əlavə koordinator əminliklə müharibə zamanı Ermənistan hakimiyyətinin öz xalqına qarşı informasiya müharibəsi apardığını bildirir.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə