Konqoda 8 qadın diri-diri yandırıldı - DƏHŞƏT

Konqoda 8 qadın diri-diri yandırıldı - DƏHŞƏT

Konqo Demokratik Respublikasının sakinləri cadugərlikdə ittiham olunan 8 qadını yandırıblar. SİA xəbər verir ki, bunu "The Guardian" yerli hüquq müdafiəçilərinə istinadən yazır.

Məqalə müəllifinin sözlərinə görə, yerli sakinlər "ifritə ovu" təşkil ediblər. Hüquqşünaslar 300-dən çox qadının 2021-ci ilin iyun-sentyabr ayları arasında cadu etməkdə ittiham olunduğunu söyləyirlər. Mütəxəssislər baş verənlərə görə ölkə rəhbərliyini fəaliyyətsizlikdə günahlandırıblar.

Sosiologiya üzrə professor Bosco Muchukiwa məsələyə münasibət bildirərkən qeyd edib ki, polis və ədalət sistemi öz işlərini layiqincə görmür. Hüquq müdafiəçiləri bildiriblər ki, polis "cadugərlər"i müəyyən etmək üçün sakinlərin məlumatlarına istinad edirlər: "Halbuki, bu məlumatlar saxta da ola bilər. Odda yandırılan səkkiz qadın da sakinlərin məlumatlarından sonra ling ediliblər. Belə hallarda cinayəti törədənləri tapmaq asan deyil. İcma liderləri hadisəni törədənləri ört-basdır edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə