Ermənistan Müdafiə Nazirliyi yeni üsulla idarə olunacaq...

Ermənistan Müdafiə Nazirliyi yeni üsulla idarə olunacaq...

Ermənilərin “Joqovurd” nəşri əldə etdiyi mənbələrinə istinadən, Ermənistan Müdafiə Nazirliyinin əvvəlki nəzarət sisteminə qayıda biləcəyini və son günlər bu məsələnin fəal şəkildə müzakirə olunduğunu yazıb.

Burada söhbət Baş Qərargah və müdafiə idarəsinin birləşməsindən gedir. Deməli, əgər bu baş verərsə, o zaman Baş Qərargahın hazırkı rəhbəri Artak Davtyan müdafiə nazirinin birinci müavini olacaq.

Nəşrin yazdığına görə, müdafiə naziri Arşak Karapetyan idarənin bir çox şöbələrini, o cümlədən nəzarət şöbəsini də ləğv etmək qərarına gəlib.

O, belə hesab edir ki, hərbi polis və istintaq orqanları hərbi hissələrdəki yoxlamaların öhdəsindən gələ bilər.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə