Qanunsuz miqrantların moratoriumun müddəti uzadıla bilər

Qanunsuz miqrantların moratoriumun müddəti uzadıla bilər

Rusiya Prezidenti yanında İnsan Haqları Şurasının rəhbəri Valeri Fadeev ölkədə qanunsuz miqrantların deportasiyasına qoyulan moratoriumun sentyabrın 30-dan sonra da uzadıla biləcyini istisna etməyib.

Qeyd edək ki, bu barədə rusların "Kommersant" nəşri məlumat yayıb

Maraqlıdır ki, moratoriumun uzadılacağı barədə məlumat Rusiya hökuməti də daxil olmaqla daha bir neçə mənbədən təsdiqlənib. Amma o da maraqlıdır ki, Putinin mətbuat katibi Dmitri Peskov, nəşrin prezidentin moratoriumu uzatmaq niyyətində olması ilə bağlı sualı cavablandırmaqdan imtina edib

Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar xaricilərə Rusiyada Federasiyasında müvəqqəti olma sənədlərini yeniləməkdən qanuni olaraq çəkinməyə icazə verən fərman 2020 -ci ilin aprelində imzalanmışdır.

Amma sonradan bunun qüvvədə qalması 2021 -ci ilin iyunundan - sentyabrın sonuna qədər uzadılıb.

Hazırda Rusiyanın miqrasiya mərkəzlərində hüquqi statuslarını tənzimləmək istəyən əcnəbi vətəndaşların növbələri yığılıb. Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyi pozuntulara görə miqrantlara ölkəyə girişinə daha bir qadağa qoyularaq deportasiya ediləcəyi ilə bağlı xəbərdarlıq edib.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə