"ABŞ qoşunlarının bu ölkədən çıxarmağa məcbur idi..."

ABŞ qoşunlarının Əfqanıstanda qalması Talibanla müharibənin davam etməsi demək idi - Ağ Ev
"ABŞ qoşunlarının bu ölkədən çıxarmağa məcbur idi..."

ABŞ hərbi kontingentinin bir hissəsinin Əfqanıstanda qalması, Talibanla müharibənin davam etməsi demək idi. ABŞ prezidenti Co Bayden bu əməliyyatın bundan sonra da aparılmasına razılıq verməyə istəmirdi.

SİA-nın məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlər üçün keçirilən brifinqdə deyib.

Ağ Evin nümayəndəsi qeyd edib: "Prezidentə, milli təhlükəsizlik məsələləri ilə məşğul olan komandasına təqdim olunan bir sıra fikirlər var idi. Bu da [Pentaqon rəsmiləri tərəfindən ABŞ Konqresinə] verilən ifadələrdə təsdiqlənib".

Onun sözlərinə görə, bu, "Taliban" hərəkatı ilə müharibə, ABŞ hərbçiləri arasında potensial itkilər demək idi: "Və prezident sadəcə belə bir qərar verməyə hazır deyildi. Bunun Amerika xalqının, qoşunlarımızın maraqlarına uyğun olduğunu düşünmürdü".

Bütün xəbərlər Facebook səhifəmizdə