ABŞ rus hərbi bazalarından istifadə etmək istəyir...

“The Wall Street Journal” qəzeti xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ilə Amerika Birləşmiş Ştatlarının Baş Qərargah rəisi general Mark Milli, Amerika ordusunun Orta Asiyadakı Rusiya bazalarından istifadə etmə imkanlarını müzakirə ediblər.

Qəzetin bildirdiyinə görə, bu barədə Finlandiyada keçirilən üz-üzə görüşdə danışılıb, Qeyd edək ki, verilən digər məlumatda Gerasimovun amerikalı həmkarına heç bir vəd vermədiyi deyilir.

“The Wall Street Journal”un qeyd etdiyi kimi, məsələnin müzakirəsinə səbəb Amerika rəhbərliyinin Əfqanıstandan qoşunları çıxardıqdan sonra bölgədə yarana biləcək terror təhlükələrini izləmək və onlara cavab vermək üçün yeni imkanlar tapmaq istəyi olub.

Nəşr eyni zamanda, terror təhlükəsi ilə bağlı ümumi narahatlığın ABŞ və Rusiya arasında əməkdaşlığı da istisna etmədiyini bildirib.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...