Qış Ukrayna üçün “çox çətin” olacaq

Keçmiş nazir Ukrayna üçün böhran proqnozlaşdırdı

“...Gələn qış Ukrayna üçün “çox çətin” olacaq”. Bildirək ki, bu Ukraynanın keçmiş iqtisadiyyat naziri Viktor Suslovun fikridir və ölkənin “Glavred” nəşri onun fikirlərini elə olduğu kimi də tirajlayıb.

Beləliklə, Suslov hesab edir ki, bu qış ölkədə yaşanacaq böhran elektrik enerjisi və istilik təchizatına təsir edəcək. O, Avropa Birliyinin Rusiyadan əlavə həcmdə qaza ehtiyacı olduğunu da gizlətməyib. Onun fikrincə, "Şimal axını 2" boru kəmərinə qoyulan investisiyaları geri qaytarmaq üçün Moskva bu boru kəməri ilə qitəyə əlavə həcm verməyi planlaşdırır.

Maraqlıdır ki, Suslov Ukrayna hökumət səlahiyyətlilərindən qazı birbaşa “Qazprom”dan deyil, Avropadan almağı üstün tutanları kəskin tənqid edib. Onun fikrincə, bu halda Ukrayna hakimiyyəti enerji daşıyıcısının qiymət artımından əziyyət çəkəcək.

Xatırladaq ki, bir müddət əvvəl Ukraynanın digər keçmiş naziri Vladimir Lanovoy qeyd etmişdi ki, "Şimal axını-2" qaz kəmərinin işə salınmasından sonra qazın Ukrayna ərazisindən tranziti dayanarsa, bu, "Naftoqaz" ın iflasına səbəb olacaq.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə