BMT Əfqanıstana yardım üçün 131 milyon dollar alıb

BMT artıq sentyabrın 13-də Əfqanıstana humanitar yardımla bağlı konfrans iştirakçılarının vəd etdiyi 1.2 milyard dolların 131 milyon dollarını alıb.

SİA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə BMT baş katibinin nümayəndəsi Stefane Dücarik.

"1.2 milyard dollardan 131 milyon dollar aldıq. Bu, ilin sonuna qədər Əfqanıstana kömək etmək üçün lazım olan 606 milyon dollarlıq məbləğimizin 21.7 faizini təşkil edir", - nümayəndə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...