Almaniyanın xarici işlər naziri Bundestaqa birbaşa mandat alıb

Almaniyanın xarici işlər naziri, sosial-demokrat Hayko Maas, mərkəz-sağ Xristian Demokratlar Birliyinin (CDU/CSU) üzvü, iqtisadiyyat və energetika naziri Peter Altmayerə qarşı dueldə qalib gəlib.

Almaniya majoritar və proporsional prinsipləri özündə birləşdirən qarışıq seçki sistemindən istifadə edir.

Deputatların yarısı 299 seçki dairəsində birbaşa səsvermə yolu ilə, digəri isə partiya siyahılarına görə seçilir. Hər bir seçicinin iki səsi var. Birinci səs bir namizədə (birbaşa mandate – Red), ikinci səs isə partiya siyahısına verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...