"Yol verilmiş səhvlərə görə Türkiyə Əfqanıstanı tərk etdi"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə nümayəndələrinin Kabil hava limanında olmadığını bildirib.

SİA APA-ya istinadən xəbər verir ki, Türkiyə lideri bunu “CBS” telekanalına müsahibəsində deyib.

“Hazırda “Taliban”la razılığa gəldiyimiz heç bir məqam yoxdur. Bu barədə danışmağın mənası yoxdur, çünki hazırda hava limanında deyilik”, - Ərdoğan belə deyib.

Onun sözlərinə görə, Türkiyə və Əfqanıstanı tarixi əlaqələr bağlayır və Ankara həmişə Kabili dəstəkləyib, “yol verilmiş səhvlər” səbəbindən Türkiyə ordusu və vətəndaşları bu ölkədən təxliyə edilib.

“Əfqanıstanda hökumət inklüziv deyil, bütün fərqli fraksiyaları əhatə etmir. Bu, sual olaraq qaldığı müddətcə Əfqanıstanda olmayacağıq”, - deyə Ərdoğan hava limanının idarə edilməsində Türkiyənin Əfqanıstana kömək edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...