Pakistanın Bəlucistan əyalətində baş verən partlayış nəticəsində dörd hərbçi həyatını itirib, ikisi isə yaralanıb. SİA Pakistan mətbuatına istinadla xəbər verir ki, əyalətin Xarnay dairəsinin Safar-Baş rayonunda terrorçuların bomba yerləşdirdikləri maşın hərbçilərin üzərinə sürülüb.

Hadisəyə görə məsuliyyəti “Bəlucistanın azadlıq ordusu” terror təşkilatı öz üzərinə götürüb.

Terror aktına görə cinayət işi açılıb, istintaq aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə