Pakistanda 4 hərbçi həlak olub

26 Sentyabr 2021 17:43 (UTC+04:00)

Pakistanın Bəlucistan əyalətində baş verən partlayış nəticəsində dörd hərbçi həyatını itirib, ikisi isə yaralanıb. SİA Pakistan mətbuatına istinadla xəbər verir ki, əyalətin Xarnay dairəsinin Safar-Baş rayonunda terrorçuların bomba yerləşdirdikləri maşın hərbçilərin üzərinə sürülüb.

Hadisəyə görə məsuliyyəti “Bəlucistanın azadlıq ordusu” terror təşkilatı öz üzərinə götürüb.

Terror aktına görə cinayət işi açılıb, istintaq aparılır.