“Ukrayna ordusu rus ordusundan güclüdür...”

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksiy Arestoviç, “Ukrayna 24” telekanalının efirində respublikanın Rusiya ilə hərbi pariteti haqqında danışarkən Moskvanın Kiyev üzərində həlledici üstünlüyünün olmadığını bəyan edib.

Onun sözlərinə görə, Rusiyanın bizim üzərimizdə həlledici üstünlüyü olmayıb və olmayacaq da: “Doğrudur, rus generalları peşəkardırlar deyə düşünürəm ki, bundan istifadə edib rusların üstün olduqlaını siyasi rəhbərliklərinin diqqətinə çatdırıraraq, onları inandırıblar”.

Maraqlıdır ki, Arestoviçə görə, Rusiya Silahlı Qüvvələri Ukrayna ilə silahlı toqquşmada “bir neçə il ərzində öz döyüş qabiliyyətini itirəcək”. Amma o da maraqlıdır ki, aparat rəhbərinin müşaviri bunun hansı nəticəyə gətirəcəyini açıqlamayıb.

Xatırladaq ki, daha əvvəl Arestoviç rusların Donetsk və Luqanskdakı bütün “oyunlarına” baxmayaraq, rəsmi Kiyevin bu əraziləri hərbi yolla geri qaytarmayacağını bildirmişdi.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə