Cənubi Koreyada yeni antirekord…

…koronavirusa yoluxmada

Cənubi Koreyada ötən sutka COVID-19 virusuna 3 273 yoluxma aşkarlanıb. Bu, Cənubi Koreyada indiyədək qeydə alınan ən yüksək yoluxma sayıdır.

Cənubi Koreyanın xəstəliklərə nəzarət və profilaktika mərkəzinin mütəxəssisləri virusa sutkalıq yoluxmaların çoxalmasının “delta “ştamının yayılması ilə əlaqədar olduğunu bildirirlər.

Qeyd olunub ki, Seulda 1 217 nəfərin, mərkəzi Kyenqido vilayətində isə 1 094 nəfərin koronavirus testi müsbət olub. Ümumilikdə ölkədə 298 402 nəfər virusa yoluxub ki, onlardan 266 414-ü sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...