Ukrayna daha 96 nəfəri Əfqanıstandan təxliyə edib

Ukrayna öz və digər ölkə vətəndaşlarından ibarət daha 96 nəfəri Əfqanıstandan təxliyə edib.

Ukrayna Müdafiə Nazirliyinin yaydığı açıqlamada Ukraynanın öz və başqa ölkələrin vətəndaşlarına kömək etməyə davam edəcəyi bildirilib.

Açıqlamada 96 nəfərin olduğu təxliyə təyyarəsinin Kiyevdəki Borispol Hava Limanına endiyi qeyd edilib.

Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak 28 avqustda ümumilikdə 600-dən çox adamı Əfqanıstandan təxliyə etdiklərini bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə