Üç yaşayış məntəqəsinin sakinləri təxliyə olunur

İspaniyanın Palma (Kanar adaları) adasında yerləşən daha üç yaşayış məntəqəsinin sakinləri vulkan püskürməsi səbəbindən təxliyə olunur. SİA xəbər verir bu barədə sözügedən ölkənin Fövqəladə hallar xidməti məlumat yayıb.

"Davam edən püskürmə səbəbiylə əhali üçün artan riskə görə, Pevolca rəhbərliyi Tahuya, Takande-de-Abajo və evakuasiya olunmayan Takande-de-Arriba hissəsinin məcburi təxliyəsini əmr edib. Əhali El Pasodakı futbol meydançasına göndərilir", deyə Fövqəladə hallar xidməti Twitter-də qeyd edib.

Bundan əlavə, “Canaryfly” aviakompaniyası cümə günü mövcud vəziyyətə görə Palma adasına uçuşları təxirə salıb.

"Palma istiqamətində bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb", deyə aviaşirkətdən verilən açıqlamada bildirilir. Analoji bir qərar, digər, “Binter” hava yolları şirkəti tərəfindən verilib və qərara əsasən vulkan tullantıları buludu səbəbindən başqa bir adaya, Homeraya uçuşlar təxirə salınıb.
Qeyd edək ki, bir qədər əvvəl püskürmə səbəbindən təhlükəli bölgədə yaşayan təxminən 6 min insan təxliyə edilib.

Xatırladaq ki, Palma vulkanı altıncı gündür püskürür. Mütəxəssislərə görə, dörd gün ərzində lava 160 hektardan çox ərazini əhatə edərək, əksəriyyəti yaşayış binaları olan 300-dən çox binanı məhv edib. Kanar Adaları Vulkanologiya İnstitutunun proqnozlarına görə, püskürmə 24 gündən 84 günə qədər davam edə bilər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...