ABŞ-la Əfqanıstana dair məlumat mübadiləsi aparırıq…

Rusiya kəşfiyyat orqanları xətti ilə Birləşmiş Ştatlarla Əfqanıstandakı vəziyyətə dair məlumat mübadiləsi aparır. RİA Novosti-nin məlumatına görə, bunu Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.

Onun sözlərinə görə, məlumat mübadiləsi həmçinin Əfqanıstan ərazisindən ehtimal olunan təhlükələri də ehtiva edir.

"Biz müxtəlif kəşfiyyat təşkilatlarındakı həmkarlarımızla beynəlxalq terrorçuluq, o cümlədən Əfqanıstan ərazisindən ola biləcək təhlükələrə dair əməliyyat məlumatları ilə mübadilə aparırıq", - deyə Narışkin Əfqanıstanla bağlı ABŞ-la məlumat mübadiləsinin aparılıb-aparılmaması barədə sualın cavabında deyib.



Bütün xəbərlər Facebook səhifəmizdə