Lavalar indiyə qədər 350 evi yıxıb

İspaniyanın Kanar adalarında yerləşən Kumbre Viejo yanardağı 19 sentyabrdan etibarən fəaliyyətdədir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, lavalar indiyə qədər 350 evi yıxıb. 166.2 hektar ərazinin, lava səbəbi ilə 350 evin məhv edildiyi bildirilib. Bölgədə 4 gündə meydana gələn maddi ziyanın 400 milyon avroya yaxın olduğu bildirilib.

Qeyd edək ki, lavanın gündə ortalama 700 metr irəlilədiyini qeyd edən mütəxəssislər, bu şəkildə davam edərsə, lavanın dənizə çatmasının 2 həftə çəkə biləcəyini bildiriblər.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...