Rusiya təyyarəsi hava məkanını pozmaqda günahlandırılır

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus A-50 təyyarəsi çərşənbə günü Estoniyanın hava sərhədini pozub. SİA xəbər verir ki, bunu Estoniya Müdafiə Qüvvələri Qərargahının mətbuat xidməti iddia edir.

"Rusiya Hərbi Hava Qüvvələrinə məxsus A-50 təyyarəsi cərşənbə günü Estoniyanın hava sərhəddini pozub. Hadisə sentyabrın 22-də günorta saatlarında Vindloo adası ərazisində baş verib. Təyyarə Estoniyanın hava məkanında bir dəqiqədən az olub. Estoniya dövlət sərhədi ilə əlaqədar olaraq, Estoniyanın hava trafikinə nəzarət xidməti ilə radio əlaqəsi qurulmayıb", deyə qərargahın mətbuat xidməti bildirilir.

Estoniya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Rusiya səfiri Aleksandr Petrov cümə axşamı günü Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb və orada nota alıb.

"Estoniya nöqteyi-nəzərindən bu, son dərəcə təəssüfləndirici və ciddi bir hadisədir, bu cür təkrarlanan bir çox hadisələr qəbuledilməzdir", deyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

Estoniya ordusu iddia edir ki, bu, ölkənin hava sərhədinin bu il altıncı dəfə pozulmasıdır. Altı haldan beşində Rusiya Federasiyasının təyyarələri tərəfindən pozuntulara yol verilib. Başqa bir halda, hadisəni törədən İsveçrə təyyarəsi olub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə