Zelenski BMT-ni “super təqaüdçü” adlandırıb

“...BMT qlobal problemləri həll edə bilmədiyinə görə, “super təqaüdçü bir qəhrəman” kimidir”.

Bunu da Ukrayna Prezidenti Vladimir Zelenski təşkilatın Baş Assambleyasının 76 -cı sessiyasında çıxışı zamanı bildirib.

Ukrayna Prezidenti öz çıxışında bildirib ki, son vaxtlar BMT “heç bir şeyin edilə bilməyəcəyi barədə yalnız tənqidləri, ittihamları eşidir”. Onun sözlərinə görə, “bu gün BMT nə edə biləcəyini unudmuş ​​ super təqaüdçü bir qəhrəman kimidir”.

Zelenski, təşkilatın koronavirus və qlobal peyvənd problemi ilə yanaşı, terrorizm və hərbi təcavüz problemlərinin də öhdəsindən gəlmədiyini qeyd edib.

Maraqlıdır ki, BMT ünvanına “ittihamlar” yağdıran Ukrayna lideri bəzi reallıqları da etiraf edib. O 1981 -ci ildən bəri məhz BMT sayəsində 1 milyarddan çox insanın ilə təminatı, dünyanın 83 ölkəsində 90 milyon insanın qida əldə etməsini xatırladıb.

Xatırladaq ki, daha əvvəl Zelenski, təşkilatın "daha təsirli" olması üçün BMT toplantılarının qaynar nöqtələrdə keçirilməsini təklif etmişdi.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə