“Böyük qardaş”ı itirmək ehtimalı...

“Böyük qardaş”ı itirmək ehtimalı...

...Deməli, səkkizinci çağırış Rusiya Dövlət Dumasının ilk iclası gələn həftə, yəni sentyabrın 29-da baş tuta bilər. Deyilənə görə, ilk iclasın çox hissəsi təşkilati xarakter daşıyacaq, yəni ilk olaraq millət vəkilləri Dövlət Dumasının spikeri də daxil olmaqla palatanın yeni rəhbərliyini seçəcək və komitələrə sədrliyi fraksiyalar arasında bölüşdürəcək və s. və ilaxır.

Təbii ki, Putinin yeni millət vəkillərinə təbrik və ayrılıq sözləri söyləyəcəyi də istisna edilmir.

Bildirək ki, Dövlət Dumasının səkkizinci çağırışının səlahiyyət müddəti 2026 -cı ilin sentyabrında başa çatsa da, yeni seçilmiş deputatların “yellənmək” üçün vaxtı elə də çox olmayacaq. Ona görə ki, bir neçə gün əvvəl hökumət 2022-2024-cü illər üçün federal büdcə layihəsini hökumətdən alıb.

...Maraqlıdır ki, hələ yeni duma fəaliyyətə başlamayıb, amma onunla bağlı bədbin fikirlər səsləndirilməkdədir. Özü də elə rusların özləri tərəfindən...

Ümumiyyətlə, bəzi rus saytları yeni Dövlət Dumasından yaxşı heç nə gözləmədiklərini artıq açıq şəkildə etiraf etməyə başlayıblar.

Xatırladaq ki, 2007 -ci ildən bəri ilk dəfə olaraq Dövlət Dumasında əvvəlkindən fərqli olaraq, bu dəfə beş fraksiya oturacaq. Yəni bir fraksiya artıb.

Təbii ki, bütün bunlara baxmayaraq, iqtidardakı partiya əvvəlki kimi qalır. Amma, yenə də əvvəldəkindən fəqli olaraq, bu dəfə bir neçə yenilənmiş siması ilə...

Deyim ki, Dumaya yeni gələnlərdən biri, özünü Anatoli Vasserman kimi təqdim edən deputat artıq ilk təklifini bəyan edib: Rusiya məktəblərində təhsili on bir ildən səkkiz ilə endirmək və məktəbli uşaqlara silahdan istifadə etməyin bütün xırdalıqlarını öyrətmək...

...Nə bilim, bəlkə də məhz bunu əsas tutan bəzi rus saytları ölkədəki son duma seçkilərini ... rus tarixində elə sonuncu seçkisi kimi təqdim etməyə başlayıblar.

...amma, türklər demiş “...yel ağzınızdan alsın” , deyirlər “qardaş” itkisi ağır dərd olur...özü də bu “böyük qardaş” ola...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə