“...Moldova, rus qoşunlarının tanınmamış Dnestryanı bölgəsindən tamamilə çıxarılmasını israr etməyə davam edəcək”.
Qeyd edək ki, bu sözləri respublika prezidenti Maia Sandu BMT Baş Assambleyasındakı çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, Dnestryanı bölgədəki münaqişə "Moldaviyanın suverenliyə və ərazi bütövlüyünə hörmətlə yanaşaraq sülh yolu ilə" həll edilməlidir.
Xanım prezident Baş Assambleyasındakı çıxışında Rusiyanın bölgənin ekologiya və təhlükəsizliyini təhdid etdiyi bildirib. Onun sözlərinə görə, bu gün rusların Kolbasna kəndindəki sursat anbarlarda cəmləşdirdikləri silahlar yerli əhali üçün təklükə mənbəyidir deyə, hamısı məhv edilməlidir
Bundan başqa, Moldova Qara dəniz bölgəsindəki təhlükəsizlik vəziyyətinin pisləşməsindən son dərəcə narahatlıq ifadə edib.
...Deyim ki, xəbəri yayan rusların TASS agentliyi Moldova prezidentinin bəzi fikirlərinə öz iztehzasını da gizlətməyib.
P.S: ...görən bizi belə bir "oyun" gözləmir ki?
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB