Erməni polisi “facebook”da Paşinyanı təhqir edəni axtarır
Nikolu təhqir etmək olmaz!

Ermənistan hüquq-mühafizə orqanları erməni baş nazir Nikol Paşinyanın “facebook” hesabındakı fotosunun altında təhqiredici şərhin yazılması ilə bağlı cinayət işi açıb.

SİA bu barədə TASS-a istinad edir.

Məlumatda deyilir ki, sözügedən şərhlə bağlı Cinayət Məcəlləsinin 137.1 (ictimai fəaliyyətinə görə bir şəxsi ağır təhqir etmək) maddəsi ilə cinayət işi başlanıb.

Hüquq-mühafizə orqanları şərh müəllifini müəyyən etmək üçün axtarış aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə