Beş ölkə ilə uçuşlar bərpa edilir 5 OKTYABR TARİXİNDƏN

Rusiya 5 oktyabrdan etibarən Cibuti, Peru, Cənubi Afrika, Danimarka və Yeni Zelandiya ilə uçuşları bərpa edəcək. SİA xəbər verir ki, bu barədə koronavirusun yayılması ilə mübarizə üzrə operativ qərargahdan müxbirlərə məlumat verilib.

Qeyd olunur ki, Rusiya Federasiyası baş nazirinin müavini Tatyana Qolikova, Rusiyaya yeni bir koronavirus infeksiyasının daxil olması və yayılmasının qarşısını almaq üçün əməliyyat qərargahının iclasını keçirib.

"Müzakirənin nəticələri və ayrı-ayrı ölkələrdəki epidemioloji vəziyyət nəzərə alınmaqla, 5 oktyabr 2021-ci ildən etibarən bir sıra dövlətlərlə müntəzəm uçuşları bərpa etmək qərara alınıb", deyə bildirilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə