ABŞ prezidentindən pandemiya ilə bağlı çağırış

ABŞ prezidentindən pandemiya ilə bağlı çağırış

ABŞ Prezidenti Cozef Bayden dünya ictimaiyyətini növbəti pandemiyaya qarşı birgə hazırlaşmağa çağırıb. O, bunu BMT Baş Assambleyasının 76 -cı illik sessiyasında çıxışı zamanı bildirib.

Baydenin sözlərinə görə, bu gün dünyanın bütün ölkələri seçim qarşısındadır. SİA xarici mətbuata istinad edir.

“…İnsan həyatı üçün birlikdə mübarizə aparacağıqmı? Əgər biz buna cəhd etməsək virusun yeni daha təhlükəli variantları ilə qarşılaşdığımızda mövcud vasitələri və bilikləri tətbiq edə bilməyəcəyik”. Bunları ABŞ Prezidenti deyibş

Bundan əlavə, iqlim dəyişikliyi ilə əlaqədar çətin seçimlərə diqqət çəkən Amerika lideri “….dünya birliyi təbiətin çətinlikləri ilə üzləşmək və ya artan quraqlıq, sel, yanğın və qasırğadan əziyyət çəkmək barədə qərar verməlidir”-deyə bildirib.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə