İtaliyadakı vulkan kül və lava püskürüb

İtaliyadakı vulkan kül və lava püskürüb

İtaliyanın Siciliya adasındakı 3,326 metr yüksəklikdəki Etna vulkanının cənub-şərqindəki krater üç həftə sonra yenidən kül və lava səpib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu səhər yerli vaxtla saat 06:15 radələrində başlayan kül və lava səpmə fəaliyyəti təxminən 3 saat davam edib. Dağın səpdiyi külün 9000 metr yüksəkliyə çatdığı bildirilib. Vulkanın ətəyindəki yaşayış məntəqələrinə külün düşdüyü də qeyd edilib.

Qeyd edək ki, kül buludlarının vulkan yaxınlığındakı Kataniya Fontanarossa hava limanında uçuşlara təsir etmədiyi bildirilib.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə