Amerikanı hansı gələcək gözləyir? TRAMPIN PROQNOZU

Amerikanı hansı gələcək gözləyir? TRAMPIN PROQNOZU

Meksika ilə sərhəddə gedən miqrasiya böhranı səbəbi ilə ABŞ "üçüncü dünya ölkəsinə" çevrilə bilər. SİA xəbər verir ki, bu sözləri Ağ Evin keçmiş rəhbəri Donald Tramp söyləyib.

"Sərhədimizdə, indiki kimi heç vaxt belə bir şey olmayıb. Milyonlarla insan artıq gəlib, amma yeni gələnlərin sayı daha çoxdur!", deyə Tramp ölkədə davam edən miqrasiya böhranına reaksiya verib.

Xatırladaq ki, son məlumatlara görə, hazırda Meksika ilə sərhəddə yerləşən Amerikanın Del Rio şəhərində, əksəriyyəti Haiti vətəndaşları olan təxminən 16 min qaçqın var. Onlar, zəlzələ nəticəsində dağılmış vətənlərinə qayıtmamaq üçün Amerika tərəfindən "müvəqqəti qorunan" statusu alacaqlarını gözləyirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə