"Bir millətin inkişaf etməsi üçün ailələrdə ən azı üç uşaq böyüdülməlidir və bu çoxuşaqlı ailələrə dəstək verilməlidir". SİA xəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko çərşənbə axşamı, çoxuşaqlı ailələrə dəstək məsələləri də daxil olmaqla, fərman layihələrinin nəzərdən keçirildiyi hökumət iclasında görüşdə söyləyib və onun sözlərini prezidentin rəsmi saytı sitat gətirib.
"Mənim prinsipial mövqeyimi bilirsiniz və mövqeyim belədir ki, ailədə ən azı üç uşaq böyüdükdə bir ölkə və millət inkişaf edər. Çoxuşaqlı ailələrə dəstək bizim prinsiplərimizin əsasını təşkil edir”, deyə ölkə prezidenti bildirib.
Prezident iqtisadiyyatın işləməsi üçün şərtlərin dəyişməsinə baxmayaraq, doğum nisbətinin azalmasının qarşısını almağın son dərəcə vacib olduğunu vurğulayıb. O, qeyd edib ki, ölkədə uşaqların doğulması və tərbiyəsi üçün müavinətlər, mənzil üçün maddi yardım, təhsil və səhiyyə, vergi, pensiya və əmək sahələrində müavinətləri özündə birləşdirən güclü sosial tədbirlər paketi formalaşdırılıb.
"Məsuliyyətlə deyə bilərik ki, çoxuşaqlı ailələrin dəstəyi dövlətimizin sosial markası, vizit kartıdır", deyə Belarus prezidenti vurğulayıb.
Üç və ya daha çox uşaq böyütməyin "çətin və məsuliyyətli bir iş" olduğunu deyən ölkə başçısı əlavə edib ki, çoxuşaqlı ailələrin Belarus cəmiyyəti üçün normal hal olması istiqamətində dövlət əlindən gələni edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB