...Rusiya Mərkəzi Seçki Komissiyası, Dövlət Dumasına seçkilərdə protokolların 100 faiz işlənməsindən sonra parlament seçkilərinin yekun nəticələrini açıqlayıb.
Beləliklə, MSK xəbər verir ki, “Vahid Rusiya” partiyası seçkilərdə 49,82 faiz səslə qalib gəlib.
... Rusiya Kommunist Partiyası 18,93 faiz səslə ikinci, Liberal Demokrat Partiyası protokolların 100 faiz işlənməsinin nəticələrinə görə üçüncü olub. Belə ki, Jrinovckinin fraksiyası səslərin 7,55 faizni toplayıb.
Bundan əlavə ilk beşlikdə “Həqiqət naminə Ədalətli Rusiya” partiyası- 7.46 , “Yeni İnsanlar” isə 5.32 faiz səs toplayıblar.
Beləliklə, beş partiya beş faizlik seçki səddini aşaraq Dövlət Dumasına daxil olublar.
Xatırladaq ki, Rusiyada Dövlət Dumasına sentyabrın 17 -dən 19 -dək keçirilən seçkilərdə, seçici fəallığı 51 faizi keçib.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB