Bayden qaçqın qəbulunu 2 dəfə artırmaq niyyətindədir...

Bayden qaçqın qəbulunu 2 dəfə artırmaq niyyətindədir...

...Bu arada ABŞ dövlət katibi Entoni Blinken qaçqın qəbulu limitini artırmaq üçün Cozef Baydenin təklifləri ilə bağlı Konqreslə məsləhətləşəcək.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin bəyanatında qaçqınların qəbulunun “ABŞ -ın xarici siyasətdəki maraqları və ölkənin milli təhlükəsizlik sahəsindəki məqsədləri üçün əhəmiyyətli rol oynadığı" da qeyd edilib.

SİA bunu TASS-a istinad edərək yazır.

Yeri gəlmişkən bildirək ki, ABŞ -da qaçqın qəbulu kvotası 62,5 min nəfərdən 125 min nəfərə qədər artırıla bilər. Maraqlıdır ki, artıq ölkənin Xarici İşlər, Daxili Təhlükəsizlik və ABŞ Səhiyyə Nazirlikləri birgə hesabatı Konqresdəki müvafiq komitələrə göndəriblər.

Sənəddə dünyada misli görünməmiş dərəcədə humanitar yardıma ehtiyac olduğu üçün 2021 -ci maliyyə ilində 62,5 min qaçqın qəbul limitinin 2022 -ci maliyyə ilində 125 minə qaldırılması mövzusunda tövsiyələr verilir.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə