Amerika Birləşmiş Ştatları qanunsuz miqrantlarla doludur - Amerikanın Texas əyalətinin qubernatoru Qreq Abbott, prezident Jo Baydenə məktub göndərərək onu əyalətdə bununla əlaqədar fövqəladə vəziyyət elan etməyə çağırıb.
Qeyd edək ki, müraciət üçün qubernatora Del Rio qəsəbəsindəki hadisələr əsas verib.
Məsələ bundadır ki, hazırda bu ərazıdə ABŞ-a keçmək üçün xeyli miqrant yığışıb. Qeyri-rəsmi məlumatlara görə onların ümumi sayının hətta 16 minə yaxınlaşdığı da bildirilir. Onu da bildirək ki, sığınacaq axtaranların əksəriyyəti Haiti vətəndaşlarıdır.
Hazırda Del Rio böhranı ilə üzləşən ABŞ səlahiyyətliləri, Haitiyə deportasiya uçuşları həyata kecirmək niyyətindədirlər. Bundan əlavə düşərgə sakinlərini ölkənin digər bölgələrinə nəql etmək üçün hərbçiləri cəlb etmək niyyətindədirlər.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB