Permdə yaşanan son olayla bağlı yerli sakinlər Rusiya Prezidenti Vladimir Putinə teleqram ünvnlayıblar. Onlar öz teleqramlarında ölkə prezidentindən Daxili İşlər Nazirliyinin Perm Ərazisi Baş İdarəsinin rəisi Aleksandr Şeqlov, Federal Təhlükəsizlik Xidməti Müdirliyinin rəhbəri Viktor Zadvornı və ümumiyyətlə bu sahəyə məsuliyyətli şəxslərin istefasını tələb ediblər.
Rusiya Prezidenti Vladimir Putinə müraciətdə deyilir: “Tarix təkrarlanır, terror hücumlarının sayı artır, lakin baş verənlərə görə güc strukturlarının rəsmiləri məsuliyyət daşımır”.
Sakinlərin iradına görə, təhsil müəssisələri hələ də silahlı mühafizəçilər tərəfindən qorunmur, silah alan şəxs üçün kifayət qədər tələblər olmadan verilir və hüquq -mühafizə orqanlarının əməkdaşları şübhəli məzmunla bağlı sosial şəbəkələri izləmirlər..
Şəhər sakinlərinə görə, hər bir belə hadisədə təkcə qatilin özü deyil, həm də cinayət törətmək üçün şərait yaratmış güc strukturlarının vəzifəli şəxsləri məsuliyyət daşıyırlar.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB