Çin hökuməti yaratdığı asılılıq səbəbi ilə istifadəsi tez-tez mübahisə mövzusu olan sosial media platforması “TikTok” üçün nümunəvi bir qərar qəbul edib. Çin hökuməti gənclərin internet asılılığını azaltmaq üçün yerli “TikTok” versiyası olan “Douyin”in istifadəsini məhdudlaşdırmaq qərarına gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yeni qərara görə, yeni nizamnamə ilə gənclərin “Douyin”də vaxt keçirmələri məhdudlaşdırılıb və bu aralığın səhər saat 6-dan gecə 12-yə kimi olduğu bildirilib.

14 yaşından kiçik uşaqların “Douyin”də yalnız 40 dəqiqə vaxt keçirə biləcəyi ifadə edilib.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...