Deyəsən, 5 oldular, amma dünən axşam 4 idilər

Bülletenlərin 9 faizi işləndikdən sonra beş partiya Rusiya Federasiyası Dövlət Dumasına keçir
Deyəsən, 5 oldular, amma dünən axşam 4 idilər

Yeni xəbər var, deyəsən indi də beş oldular. Beləliklə, elə də son olmayan məlumata görə, Rusiya Dövlət Dumasına seçkilərdə “Vahid Rusiya” 38,75 faiz səs toplayıb.

Putinin partiyasının ardınca...

25,06 faiz səslə Rusiya Federasiyası Kommunist Partiyası,

9,6 faiz səslə Liberal Demokrat Partiyası,

7,68 faiz səslə “Yeni İnsanlar”,

6.64 faiz səslə səslə isə “Ədalətli Rusiya - Vətənpərvərlər - Həqiqət Üçün”...gəlirlər

Hazırda qalan partiyaların siyahıları Dövlət Dumasına daxil olmaq üçün beş faizlik maneəni aşa bilmir.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə