Ötən bazar günü, Rusiya Dövlət Dumasına deputat seçkilərini müşahidə etmək üçün paytaxtın ictimai qərargahının rəhbəri Aleksey Venediktov, uzaqdan elektron səsvermənin nəticələrinin gecikməsinin səbəblərini açıqlayıb.
Onun sözlərinə görə, bu gecikmə səslərin uzun müddət işlənməsi və təkrar səsvermə ilə bağlıdır.
Bu arada Federasiya Şurasının sədri Valentina Matvienko, Rusiya Federasiyasının səkkizinci çağırış Dövlət Dumasına deputat seçkilərinin tamamilə açıq və şəffaf keçdiyini söyləyib. O, səsvermə prosedurunun Rusiyada seçki qanunvericiliyinin effektivliyini və səmərəliliyini göstərdiyini vurğulayaraq, səsvermə zamanı ciddi qanun pozuntularının olmadığını da əlavə edib.
P.S: Sankt -Peterburqda seçki komissiyalarının bir neçə üzvü saxlanılıb. Bu barədə axlanılanların özləri və tərəfdaşları sosial şəbəkələrdə yazıblar.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB