ABŞ-da dəhşətli hadisə - ATA VƏ ANASINI ÖLDÜRDÜ

ABŞ-ın Teksas ştatında Vilyam adlı 15 yaşlı oğlan dəhşətli qırğın törədib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 15 yaşlı uşaq atasını, anasını, sonra 13 yaşlı bacısı Emma və iki itini evdə silahla öldürüb.

Daha sonra ailəsinin cəsədlərini sosial mediada yerləşdirərək sinif yoldaşlarını təhdid edib. Görüntüləri izləyənlər polisə xəbər veriblər. Polislər qapıya gələndə Vilyam intihar edib.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə