Vulkan püskürməsi başladı KANAR ADALARINDA

Palma adasında (Kanar adaları, İspaniya) vulkan püskürməsi başlayıb. SİA xəbər verir ki, bu barədə Kanar Vulkanoloji İnstitutu məlumat yayıb.

"Palma üzərində püskürmə yenicə başlayıb", deyə İnstitutun Twitter səhifəsində qeyd olunur.
İnstitut sosial mediada püskürmənin görüntülərini yerləşdirib.

Təhdid səviyyəsi sarıdan narıncıya yüksəlib. Regional yollar artıq bağlanıb.

Xatırladaq ki, bir qədər əvvəl İspaniya Milli Coğrafiya İnstitutu Palma adasında seysmik aktivliyin artdığını qeyd etmişdi və səlahiyyətlilər hərəkət qabiliyyəti məhdud olan insanları təxliyə etməyə başlamışdılar.
İnstitut, Palma adasındakı Kumbre-Vyexa vulkanının ərazisində bir həftə ərzində 25 mindən çox zəlzələ qeydə aldığını qeyd edib. Rixter cədvəli üzrə, 4.2 bal gücündə ən güclü təkan bazar günü baş verib.

Qeyd edək ki, sonuncu dəfə Palma vulkanının - Teneqia vulkanının püskürməsi 1971 -ci ildə baş vermişdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə