“Qatar Airways” 28 amerikalını təxliyə edib

“Qatar Airways” aviaşirkətinin təyyarəsi Əfqanıstan paytaxtından 28 amerikalı və ABŞ yaşamaq icazəsi olan 7 nəfəri təxliyə edib.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın yaydığı yazılı açıqlamada deyilir.

“Təsdiqləyə bilərik ki, “Qatar Airways” aviaşirkətinin çarter reysi dünən (cümə günü) 28 ABŞ vətəndaşı və ABŞ-da qanuni yaşamaq icazəsi olan 7 nəfərlə birlikdə Kabildən havaya qalxıb. Bu reysləri bizimlə əlaqələndirməkdə davam edən Qətər rəsmilərinə minnətdarıq”, - diplomat belə deyib.

O, “Taliban” hərəkatının da təxliyə prosesində yardımını qeyd edib: “Beynəlxalq ictimaiyyət “Taliban”ın bu uçuşlarda göstərdiyi əməkdaşlığını alqışlayır”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...