Dünyanın ən varlı ailələrinin REYTİNQ CƏDVƏLİ

Ən böyük "Walmart" topdan və pərakəndə satış şəbəkəsinə sahib olan Uolton ailəsi dünyanın ən varlı ailələrinin reytinqinə başçılıq edir. SİA xəbər verir ki, reytinq cədvəli Bloomberq-in qiymətləndirməsinə əsasən tərtib olunub.

Qeyd edək ki, Sem Uolton, "Walmart"-ı 1962 -ci ildə qurub. İndi şəbəkənin dünyada on mindən çox mağazası var və illik ticarəti 559 milyard dolları keçir. Uolton ailəsi şirkətin 48 faizinə sahibdir. Onların ümumilikdə sərvəti 238,2 milyard dollardır.

Reytinqin ilk onluğu ardıcıllığına aşağıdakılar daxildir:

• Təxminən 142 milyard dollar sərvəti olan "Mars" məhsulları istehsalçısı olan Mars ailəsi.

• Kox ailəsi Amerikanın “Koch Industrues” neft-kimya şirkətinin sahibləridir. Onların sərvəti 124,4 milyard dollar olaraq qiymətləndirilib.

• 111.6 milyard dollarla Fransız "Hermes" moda evinin sahibi olan Erme ailəsi.

• Yüz milyardlıq dövləti olan Səudiyyə Ərəbistanının hakim sülaləsi - Əl -Səud ailəsi.

• Ambani ailəsi Hindistanın “Reliance Industries” neft holdinqinin sahibləridir. Onların sərvəti 93,7 milyard dollar olaraq qiymətləndirilib.

• 61,8 milyard dollar sərvəti ilə Fransız moda evi “Chanel”ə sahib olan Bertxaimer ailəsi.

• Amerikanın “Fidelity Investments” idarəetmə şirkətinin sahibləri - Conson ailəsinin sərvəti 61,2 milyard dollar hesablanıb.

• Tomson ailəsi “Thomson Reuters” media şirkətinin sahibidir. Onların sərvəti 61,1 milyard dollar olaraq qiymətləndirilir.

• 59,2 milyard dollar ilə Alman dərman şirkəti “Boehringer Ingelheim”ə sahib olan Almaniyadan olan Beringer ailəsi.

Siyahıdakı liderlərin ümumi sərvəti, bir il əvvəlki ilə müqaisədə 22 % artaraq 1.7 trilyon dollar olaraq qiymətləndirilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə