Britaniya əcinəbilərlə bağlı məhdudiyyətləri yumşaldır

Britaniyaya səfər edən xarici vətəndaşlara tətbiq olunan "COVID 19" məhdudiyyətlərlə bağlı dəyişiklik edilib.

SİA Trend-in məlumatına istinad edərək, bu barədə ölkənin nəqliyyat naziri Qrant Şappsın bəyan etdiyini bildirib.

Bildirilir ki, oktyabrın 4-dən etibarən koronavirusa qarşı tam peyvənd alan səyahətçilərə dünyanın əksər ölkələrindən İngiltərəyə gəldikdən sonra yalnız bir COVID-19 testindən keçmələri lazım olacaq.

Qaydalarda yumşalma ölkə tərəfindən təsdiqlənmiş peyvəndlərlə aşılanmayan şəxslərə şamil edilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə