Cümə günü Finlandiya və Rusiya liderləri Sauli Nainistyo ilə Vladimir Putin arasında telefon danışığı olub. SİA xəbər verir ki, bu barədə Finlandiya prezidentinin ofisi məlumat yayıb.
Məlumata görə, prezidentlər Arktika, Əfqanıstan və Avropa təhlükəsizliyi barədə müzakirlər aparıblar.
"Finlandiya ilə Rusiya arasında ikitərəfli əlaqələrə əlavə olaraq, prezidentlər xüsusilə Əfqanıstandakı vəziyyəti, Arktikanın təşəbbüslərini, Avropa təhlükəsizliyini və AB -nin strateji muxtariyyətini müzakirə ediblər", deyə məlumatda qeyd olunur.
Prezidentlər həmçinin 2025 -ci ildə Helsinkidə ATƏT -in mümkün konfransı ilə bağlı müzakirələrini də davam etdiriblər.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB