Putin: ABŞ Əfqanıstanda külli miqdarda silah-texnika qoyub çıxıb

Əfqanıstanlıların yarısının humanitar yardıma ehtiyacı var, yoxsulluq onları narkotik satmağa sövq edə bilər. SİA xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib. O, həmçinin, ABŞ-ın Əfqanıstandan çıxarkən orada bir “Pandora qutusu” buraxdığını söyləyib: “Əfqanıstan xarabalığa çevrildi. Əfqanlar vətənlərini tərk edirlər. ABŞ “Pandoran qutusu”nu geridə qoyaraq çıxdı”.

Rusiya lideri, ABŞ-ın Əfqanıstanda çoxlu sayda müasir silah və texnika buraxdığını qeyd edib. Eyni zamanda, əlavə edib ki, əfqanların yarısının humanitar yardıma ehtiyacı var. Putin yoxsulluğun Əfqanıstan sakinlərini narkotik satmağa sövq edə biləcəyindən narahatlığını ifadə edib. Rusiya lideri Əfqanıstanın müstəqil və vahid bir ölkəyə çevriləcəyinə ümid edir.

Bundan əvvəl Vladimir Putin Amerika Birləşmiş Ştatları və müttəfiqlərinin Əfqanıstandan çıxarılmasını tələsik qaçışa bənzədib. “İndi əmin olmalıyıq ki, indiki Əfqanıstan hakimiyyəti öz vədlərini yerinə yetirir”,- Rusiya lideri qeyd edib.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə