Gərək ki, Britaniyanın Lordlar Palatasının üzvü, Britaniya-Ermənistan parlamentlərarası dostluq qrupunun sədri baronessa Karolin Koksu xatırlamış olarsınız. Bu ermənisevər xanım, (əslində, bu 84 yaşlı qarıya adamın xanım deməyə də dili gəlmir) həmişə Azərbaycana qarşı yönələn çıxışları ilə diqqət çəkib. Gərək ki, onun vaxtilə erməni quldurlarının “şirnikləşib” Dağlıq Qarabağ ətrafındakı rayonların Ermənistan tərəfindən ələ keçirilməsini aqressiya aktdan uzaq həyati zərurətdən irəli gəldiyi barədə sayıqlamasını da unutmuş olmazsız. Həmişə erməni “ağzı ilə danışan” baronessa bu dəfə guya həmin rayonlarda yaşayan “Azərbaycan təcavüzkarları” Qarabağın şəhər və kəndlərindəki humanist ermənilərin atəşə tutulmasının qarşısını alınmağa hesablandığını bildirmişdi.
Təbii ki, indi əvvəlki dövrün, elə baronessa Koksun da dediyinin elə də bir kəsəri olmadığını yaxşı başa düşən ermənilər xeyli vaxt idi ki, onun adını xatırlayıb, yadlarına belə salmırdılar. Amma, bu gün ölüdən can diləyən ermənilər “tutar qatıq, tutmaz ayran” məsəlini əsas tutaraq yaşlı qadının “könlünü sındırmaq istəməyib” onun görüşmək təklifinə müsbət cavab veriblər..
Beləliklə, ermənilərin “NEWS.am” saytının yazdığına görə, erməni parlamentinəki “Hayastan” blokunun deputatları Böyük Britaniyanın Lordlar Palatasının üzvü baronessa Karolin Koksun başçılıq etdiyi nümayəndə heyətini məhz onun xahişi ilə qəbul ediblər. Bəli, bəli baronessa “Hayastan” blokunun deputatları ilə görüşmək üçün özü minnətçi düşüb.
..Bu da, nə isə, beləliklə, nümayəndə heyətinin üzvləri mövcud vəziyyətlə tanış olmaq, habelə ölkənin ictimai və siyasi dairələri ilə beynəlxalq platformalarda Ermənistana lazımi yardımın göstərilməsi məsələlərini müzakirə etmək üçün İrəvana səfər ediblər. Qeyd edək ki, bir gün əvvəl nümayəndə heyəti Syunik bölgəsinə də səfər edib. Bax, əsl dost belə gündə tanınar, necə deyərlər, yardım verəcəyiniz əllərinizə çöpdən dirək. Nə isə, qayıdaq görüşə..
Deməli, görüş zamanı tərəflər müharibədən sonrakı dövrdə Ermənistan və “artsax”dakı siyasi, sosial-iqtisadi vəziyyəti və iki erməni dövlətinin qarşılaşdıqları problemləri müzakirə edirdilər. “Hayastan” blokunun üzvləri baronessadan və həmkarlarından, erməni əsirlərini ən qısa zamanda və heç bir şərt qoymadan geri qaytarmaq, habelə “erməni tarixi və mədəni irsinin məhv edilməsinin” qarşısını almaq üçün Azərbaycana təzyiq göstərməsini xahiş ediblər.
Bundan başqa “hayastanlılar” ingilis qonaqlara beynəlxalq platformalarda 44 gün davam edən müharibə zamanı “Azərbaycan tərəfindən törədilən hərbi cinayətlər” mövzusunu qaldırmağı xahiş ediblər, yəni burada da “tutar qatıq, tutmaz ayran” məsəli...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB