İngiltərə hökumətində dəyişikliklər olub

Baş nazir Boris Conson hökumətinin İngiltərədəki ilk kabinet dəyişikliyində Xarici İşlər, Müdafiə, Mənzil, Beynəlxalq Ticarət və Təhsil nazirliklərinin vəzifələrində dəyişiklik olub.
Baş Nazirlikdən yayılan məlumatlar və nazirlərin sosial media hesablarında etdikləri paylaşımlara görə, ədliyyə naziri Robert Bakland, mənzil naziri Robert Jenrik və təhsil naziri Gavin Villiamson yeni kabinetdə yer ala bilməyiblər.
Xarici işlər naziri Dominik Raab Ədliyyə Nazirliyinə təyin olunarkən Baş nazirin müavini postunu qoruyub.
Raabın Əfqanıstanın paytaxtı Kabilə nəzarətin keçən ay Taliban hərəkatının əlinə keçərkən tətildə olduğu və təxliyyələr üçün lazım olan telefon zənglərini etmədiyi məlum olmuş və müxalifət onun istefasını tələb etmişdi.
Beynəlxalq ticarət naziri Liz Truss Raabdan boşalan Xarici İşlər Nazirliyinə təyin olunub.
Fransa üzərindən mühacir axını səbəbiylə vəzifədən çıxarıla biləcəklər arasında göstərilən daxili işlər naziri Priti Patel öz vəzifəsində qalıb.
Ədliyyə naziri Bukland qərardan sonra "Twitter" hesabında xidmət etmənin onun üçün bir şərəf olduğunu bildirib.
Təhsil naziri Gavin Villiamson "Twitter" hesabından etdiyi paylaşımda yeni növ koronavirusun (Covid-19) çətinliyinə baxmayaraq təhsildə öncüllük etdiyi islahatlarla qürur duyduğunu və Baş naziri və hökuməti dəstəkləməyə davam edəcəyini açıqlayıb.
Mənzil naziri Jenrik Nazirliyindəki hər kəsə zəhməti, fədakarlığı və dostluğu üçün təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə